Nağılın uşaqlara faydası

Nağıl, uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir. Nağılları dinləməklə uşaqlarda qorxu hissi məhv olur, onlarda özgüvən və sərbəstlik hissi artır.
Uşaqlar artıq iki yaşından etibarən nağılları dərk edirlər. Nağıllar vasitəsilə uşaqlar həyat, insanlar arasında olan münasibət haqqında ilkin təsəvvürləri formalaşır. Nağıl oyunlar qədər uşaqların normal böyüməsi və tərbiyəsi üçün vacibdir. Uşaqlarla ünsiyyəti ana bətnində olan vaxtdan yaratmaq lazımdır. Nəzərə alsaq ki, uşağın eşitmə duyğusu artıq 8 həftəliyindən formalaşmağa başlayır, deməli, bu ayından sonra uşaqla sözlü kontakta girərkən daha ehtiyatlı olmaq gərəkdir. Mütləq ana hamiləlik vaxtı körpəsinə maraqlı nağıllar danışmalıdır, xüsusən, bunu axşam, yatmamışdan öncə etməlidir. Bir növ körpəni hazırlamalıdır. Mütəxəssisin fikrincə, ana hamiləlik vaxtı hansı saatda körpəsinə nağıl danışıb, daha sonra onu əzizləyirsə, həmin uşaq dünyaya gəldikdən sonra daha sözəbaxan və idarə olunabilən olur. Körpəlikdən valideyn uşağı gələcək həyata sağlam və düzgün şəkildə hazırlamalıdır. Uşaqlarda dinləmə qabiliyyətini artırmaq üçün körpələrə layla oxuyaraq uşağı yatızdırmaq məsləhətdir. Bu üsulla, uşaqlarda dinləmə qabiliyyəti formalaşır.

Davamı →

Div olanda noolar? – Günel Şamilqızının povesti

 O, Məlikməmməd olanda dünya nağıl dövrünü yaşayırdı. Nağılçı üç almanı paylayandan sonra bütün körpələr yuxuya getdi. O da başqa zamana, başqa dünyaya düşdü. Hər şey atasının bağında, həmişəki kimi alma üstündə başlamışdı. Kimsə onun padşah atasıyla zarafat eləmişdi ki, bu ağaclarda bitən bəhər ölümsüzlük gətirir. Bəlkə də almalar oğurlanmasaydı, padşah bu axmaq zarafata inanmazdı. Amma görünür, kimsə şahdan da betər inanmışdı meyvə yeməklə fələkdən əbədi həyat oğurlaya biləcəyinə.

Davamı →

Uşaqlara nağıl seçərkən diqqətli olun!

Uşaqlar nəyin düz, nəyin yanlış olduğunu bilmir, gördüklərini yamsılayırlar. Valideynlərin, müəllimlərin və ya onlara nümunəvi kimi görünənlərin həyat hekayətlərini, səhvlərini belə şüuraltı olaraq öz həyat ssenarilərinə yazırlar. Bəzən bu həyat ssenariləri təsadüfi və məhvedici ola bilər. Lakin nağılların köməyi ilə uşaqlara düzgün davranış modellərini, nümunəvi obrazları, uğurlu həyat ssenarilərini sərgiləmək olar.

Nağıl danışmağın faydası varmı?
«Milana» Psixologiya Nitq İnkşaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın sözlərinə görə, nağıllar uşaqlıq dövründə eşidilirsə, insan psixologiyasına, şüuraltısına çox böyük təsir göstərir: «Bu, kənardan sadə bir şey kimi görünə bilər. Amma insanın xarakterində, ruh halında, həyata baxış bucağında və şəxsiyyət kimi formalaşmasında nağılların böyük rolu var».
Davamı →